Media //
Xəbərlər
28 aprel 2026, 11:51
27 aprel 2026, 15:57
Vergi ödəyiciləri ilə maarifləndirici görüşlər keçirilib
Naxçıvan Muxtar Respublikasında vergi ödəyiciləri ilə maarifləndirici görüşlər təşkil olunub. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən tədbirlər 2, 3 və 4 saylı Ərazi Vergilər İdarələrinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərini əhatə edib. “Vergi intizamı: nəzarət-kassa aparatlarının tətbiqi” mövzusuna həsr olunan gö...
Ətraflı məlumat
24 aprel 2026, 17:38
Naxçıvanda “Sahibkarlar Günü”nə həsr olunmuş tədbir keçirilib
Aprelin 24-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə “Sahibkarlar Günü” münasibəti ilə tədbir keçirilib.
İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycanın dövlət himninin səslənməsi, Ulu Öndər He...
Ətraflı məlumat
23 aprel 2026, 13:24
Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin 95,7 faizi həll olunub
2026-cı ilin yanvar-mart aylarında Naxçıvanda vergi orqanlarına ümumilikdə 361 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz azdır. Müraciətlərdən 88,4 faizini ərizələr, 11 faizini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib. Müraciətlərin 95,8 faizinin baxılması cari dövr ərzində başa çatdırılıb, 4,2 faizi isə hazırda icradadır. Baxılmış müraciətlər...
Ətraflı məlumat
22 aprel 2026, 11:40
Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 31,7 faiz artıb
Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən muxtar respublikada yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 aprel 2026-cı il tarixə MR-də qeydiyyatda olan onlayn NKA-ların sayı 3.285 ədəd olub. Yeni nəsil NKA-lardan istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşıs...
Ətraflı məlumat
22 aprel 2026, 10:18
“ƏDV geri al” layihəsi Naxçıvanda da uğurla tətbiq edilir
Pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən təqdim olunan tibbi xidmət...
Ətraflı məlumat
16 aprel 2026, 17:53
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə yeni nazir müavini təyin edilib
Müslüm Əli oğlu Cabbarzadə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək bundan əvvəl Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, rəis vəzifələrini icra edib. ...
Ətraflı məlumat
15 aprel 2026, 13:58
Vergi ödəyiciləri ilə görüşlər keçirilib
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə “Vergi intizamı: nəzarət-kassa aparatlarının tətbiqi” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Tədbirlərdə bildirilib ki, Naxçıvan Muxtar Respublikasının rezidentləri 1 yanvar 2026-cı il tarixi...
Ətraflı məlumat
15 aprel 2026, 10:12
Naxçıvanda vergi daxilolmaları 8,3 faiz artıb
2026-cı ilin yanvar-mart aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 54,5 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8,3 faiz və ya 4,2 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 38,8 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 20,6 faiz...
Ətraflı məlumat
14 aprel 2026, 12:07
Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 11 mindən çox şəxs qəbul edilib
Yanvar – mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 11.135 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 15.767 xidmət göstərilib ki, bu da ...
Ətraflı məlumat
13 aprel 2026, 11:27
Naxçıvanda vergi ödəyicilərinin sayı 7,6 faiz artıb
2026-cı ilin aprel ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 55.051 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,8 faiz, hüquqi şəxslərin sayı isə 4,5 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvaf...
Ətraflı məlumat
10 aprel 2026, 18:02
İqtisadiyyat Nazirliyində vətəndaş qəbulu keçirilib
Aprelin 10-da Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində vətəndaş qəbulu keçirilib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev və Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların əmlak, güzəştli kreditlərin verilməsi və sahibkarlıq fəaliyyəti məsələləri ilə bağlı müraciətləri dinlənilib.
Qəbul zamanı və...
Ətraflı məlumat