XİDMƏTLƏR //
Vergi borcu barədə məlumatın verilməsi
-
1. 1-ci üsul: Birbaşa internet saytdan
-
Bu xidmət vasitəsi ilə Dövlət Vergi Xidmətinin www.taxes.gov.az internet saytının "Xidmətlər" bölməsinin "E-xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətə aid pəncərəyə vergi ödəyicisinin VÖEN-i daxil etməklə onun dövlət büdcəsinə olan vergi borcu barədə məlumatı əldə etmək olar.
-
2. 2-ci üsul: Çağrı Mərkəzinə zəng etməklə
-
"195" Çağrı Mərkəzinə zəng etdikdən sonra "1" düyməsini seçməklə Dövlət Vergi Xidmətinə qoşulursunuz, sonra öz VÖEN nömrənizi yığaraq "#" düyməsini seçirsiz. Bundan sonra siz həmin tarixə olan vergi borcunuz barədə məlumat alacaqsınız.