İqtisadiyyat Nazirliyində vətəndaş qəbulu keçirilib

Aprelin 10-da Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində vətəndaş qəbulu keçirilib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev və Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların əmlak, güzəştli kreditlərin verilməsi və sahibkarlıq fəaliyyəti məsələləri ilə bağlı müraciətləri dinlənilib.

Qəbul zamanı vətəndaşlara müraciət etdikləri məsələlərlə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmış cavab və izahlar verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.