Xidmət rəisinin müavini - Məhəmmədzadə Nihad Rəsul oğlu

Baş vergi xidməti müşaviri

 11 mart 1986-cı il tarixdə Naxçıvan MR, Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 

2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində inzibati idarəetmə ixtisası üzrə  ali təhsil almışdır. 2015-2019-cu illərdə Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq ixtisası 2-ci ali təhsil almışdır.

2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyətinə 2010-cu ildə başlamış, 2011-2016-cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində baş mütəxəssis, 2016-2017-ci illərdə bölmə rəisi, 2017-2021-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsində şöbə rəisi, 2021-2023-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində idarə rəisinin müavini vəzifələrində işləmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 14 iyul 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 3 övladı var.