Xidmət rəisinin müavini - İbrahimov Anar Vaqif oğlu

Baş vergi xidməti müşaviri

2 may 1985-ci il tarixdə Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuşdur.  

2001-2005-ci illərdə Naxçıvan Dövlət Universitetində ali təhsil almış və oranı ümumi iqtisadiyyat ixtisası üzrə bitirmişdir.

2005-2006-cı illərdə hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyətinə 2006-cı ildə başlamış, 2006-2008-ci illərdə Naxçıvan MR Vergilər Nazirliyinin İqtisadi təhlil və uçotun təşkili şöbəsində  dövlət vergi müfəttişi, 2008-2009-cu illərdə həmin şöbəsinin baş dövlət vergi müfəttişi, 2009-2020-ci illərdə İqtisadi təhlil və uçotun təşkili şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2020-2023-cü illərdə Naxçıvan MR Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçotun təşkili şöbəsinin rəisi vəzifəsində, 2023-cü ildən Naxçıvan MR Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 may 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.