Xidmət rəisinin müavini - Abdulzadə Tural Rasim oğlu

Vergi xidməti müşaviri

2 may 1985-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. 

2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almış və “Mühasibat uçotu və audit” ixtisası üzrə bitirmişdir.  2021-ci ildə Qərbi Kaspi Universitetinin “Maliyyə nəzarəti və audit” ixtisasını magistratura pilləsi üzrə bitirmişdir.

2005-2006-cı illərdə hərbi xidmətdə olmuşdur.

2011-ci il iyulun15-də vergi orqanlarında işə qəbul olunmuş və müxtəlif vəzifələrdə çalışmışdır.

2020-2022-ci illərdə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Vergi və sosial sığorta öhdəliklərinin icrasına nəzarət idarəsinin İri vergi ödəyiciləri üzrə vergi və sosial sığorta öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi vəzifəsini icra etmişdir.

2022-2025-ci illərdə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini vəzifəsində xidmət etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 fevral 2025-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

1 övladı var.