Xidmət mərkəzlərinə onlayn növbəyə yazılma elektron xidməti istifadəyə verilib

2024-cü il iyunun 14-dən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin xidmət mərkəzlərində, Bakı KOB evində (yalnız DVX tərəfindən göstərilən xidmətlər ilə bağlı) vergi ödəyicilərinin vergi xidmətlərindən onlara uyğun tarixdə və vaxtda növbədə gözləmədən yararlanmaları üçün əvvəlcədən onlayn növbəyə yazılma elektron xidməti (https://new.e-taxes.gov.az/eportal/az/online-queue) istifadəyə verilib.

DVX-nin İnternet Vergi İdarəsində onlayn növbənin əldə olunması, dəyişdirilməsi və ləğvi ilə bağlı elektron xidmətin istifadəçi təlimatını aşağıdakı link vasitəsilə əldə etmək mümkündür:

https://www.taxes.gov.az/uploads/2024/OnlaynNovbe.pdf