Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş intellektual oyun keçirilib
9 dekabr 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş Naxçıvan şəhərində fəaliyyət göstərən idarə və təşkilatların komandaları arasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilib.
Şahmat Mərkəzində baş tutan yarışda Naxçıvan Şəhər Vergilər İdarəsinin komandası 2-ci yerin sahibi olub. Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsi tərəfindən təşkil olunan oyunda qalib komanda və komanda üzvləri təşkilatçılar tərəfindən diplom, kubok və hədiyyələrlə təltif olunublar.