Şərur və Ordubad rayonlarında vətəndaş qəbulu keçirilib
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən, Xidmətin rəis müavini Tural Abdulzadə tərəfindən Şərur və Ordubad rayonlarından olan vətəndaşlar üçün qəbul keçirilib. Qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.
Qəbul zamanı araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.