Şərur rayonunda vətəndaş qəbulu keçiriləcək

21 may 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən, Xidmətin rəis müavini Tural Abdulzadə Şərur rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən 2 saylı Ərazi Vergilər İdarəsinin Şərur şəhərində M.Ə.Sabir küçəsi 7a ünvanında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (036) 545-00-34 nömrəli telefonu və ya ndvx@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.