Sədərək rayonunda vətəndaş qəbulu keçiriləcək

24 iyun 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Sədərək rayonu və kəndlərindən olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 1100-dan etibarən Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin (036) 544-00-60 (daxili nömrə - 128) nömrəli telefonu, info@neconomy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.