Şahbuz rayonunda vətəndaş qəbulu keçiriləcək
12 mart 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Şahbuz rayonu və kəndlərindən olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin (036) 544-00-60 (daxili nömrə - 128) nömrəli telefonu, info@neconomy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.