Ordubad rayonunda vətəndaş qəbulu keçiriləcək

11 avqust 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Ordubad rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən 4 saylı Ərazi Vergilər İdarəsinin Ordubad şəhəri, H. Əliyev prospekti, 80A ünvanında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin (036) 544-00-60 (daxili nömrə - 128) nömrəli telefonu, info@neconomy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.