Naxçıvanda yanvar-iyun aylarında 4.626 Asan İmza sertifikatı verilib

2024-cü ilin yanvar-iyun aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 19.049 şəxs qəbul edilib. Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 24.485 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur.

Cari ilin yanvar-iyun aylarında vergi ödəyicilərinə 199.769 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 48 görüş keçirilib, 348 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2.533 müraciət üzrə 4.626 Asan İmza sertifikatı verilib.

2024-cü ilin 6 ayında Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 17.683 şəxs qəbul edilib və onlara 22.922 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz çoxdur.