Naxçıvanda yanvar-avqust aylarında 7.053 Asan İmza sertifikatı verilib

2024-cü ilin yanvar-avqust aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 28.165 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 37.352 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Yanvar-avqust aylarında vergi ödəyicilərinə 354.613 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, ödəyicilərlə 62 görüş keçirilib, 454 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 3.872 müraciət üzrə 7.053 Asan İmza sertifikatı verilib.