Naxçıvanda vergi orqanlarında könüllü fəaliyyət genişləndirilir

  “Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”na uyğun olaraq Naxçıvanda vergi orqanlarında könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı fəaliyyət genişləndirilir.

Vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar muxtar respublika üzrə fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmək üçün Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (email: aysel.abbasova@taxes.gov.az) müraciət edə bilərlər. Əlavə suallar yaranarsa  (036) 544-08-96 şəhər telefonu ilə əlaqə saxlanıla bilər.

Müraciətlərin araşdırılması və könüllülərin seçilməsi Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş ehtiyaclara və müraciət edənlərin faktiki yaşadıqları ünvana uyğun aparılacaq.