Naxçıvanda vergi daxilolmaları artıb
2026-cı ilin yanvar – avqust aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 172,3 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,2 faiz və ya 11,6 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 125,7 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,8 faiz və ya 15,3 milyon manat artıb.
Ödənilən vergilərin 73,0 faizi qeyri-dövlət sektorunun, 27,0 faizi isə dövlət sektorunun payına düşüb.
2026-cı ilin yanvar – avqust aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 3,2 milyon manat olub.