Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı 3,6 dəfə artıb

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təşviq əsaslı vergi inzibatçılığı əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin nəticəsi olaraq, 2024-cü il oktyabrın 1-nə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü il tarixinə nisbətən 3,6 dəfə və ya 8.039 vahid artaraq 11.098 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 73,8 faiz və ya 4.712 vahid artıb.