Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləği 2,5 dəfə artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2024-cü il iyunun 1-dək MR ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3.506 ədəd olub. Yanvar – may ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 156,3 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 93,7 milyon manat və ya 2,5 dəfə çoxdur.
İndiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Cari ilin 5 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə artaraq 560,5 min manat olub.