Naxçıvanda indiyədək 3.780 ədəd yeni nəsil NKA quraşdırılıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2024-cü il sentyabrın 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3.780 ədəd olub. Yanvar-avqust ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 261,6 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 136,2 milyon manat və ya 2,1 dəfə çoxdur.

İndiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,8 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-avqust aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 914,6 min manat olub.