Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 28,9 faiz artıb
2024-cü ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 1 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 28,9 faiz artıb və 7,3 milyon manatdan çox təşkil edib.