Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25,6 faiz artıb
2024-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 1,4 milyon manata yaxın olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 25,6 faiz artıb və 9,4 milyon manat təşkil edib.