Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Naxçıvan Muxtar Respublikasında 1 oktyabr 2026-cı il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 11,5 faiz artaraq 24.937, aktiv ƏDV ödəyicilərinin sayı isə 9,8 faiz artaraq 683 olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 21,7 faiz artıb və 7,414 təşkil edib.