Naxçıvanda 5.345 yeni vergi ödəyicisi qeydiyyata alınıb
2024-cü ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 5.345 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Onların 5.121-i fiziki şəxslər, 224-ü isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz artıb.
Bu ilin 9 ayında kommersiya qurumlarının 81,2 faizi elektron qaydada, 18,8 faizi isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.