Naxçıvan Şəhər Vergilər İdarəsinin komandası intellektual oyunun qalibi olub
18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “KvizArt” İntellektual Oyunu keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və “KvizArt” İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilən yarışda müxtəlif qurumları təmsil edən komandalar iştirak ediblər.
İntellektual bilik və məntiqi düşünmə bacarıqlarının yoxlanıldığı yarışda Naxçıvan Şəhər Vergilər İdarəsinin komandası uğurlu nəticə göstərərək birinci yerin sahibi olub.
Yarışın yekununda qalib komanda və komanda üzvləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.