Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində vətəndaş qəbulu keçirilib

Vətəndaş qəbulu zamanı sahibkarların müraciətləri dinlənilib, sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov vətəndaşları qəbul edib. 

 Nazirliyin inzibati binasında təşkil olunan qəbula gələnlər sahibkarlıq fəaliyyəti və işə qəbul məsələləri barədə müraciət ediblər.

Qəbul zamanı araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub.