Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində vətəndaş qəbulu keçirilib

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev vətəndaşları qəbul edib. 

Nazirliyin inzibati binasında təşkil olunan qəbula gələnlər güzəştli maliyyə dəstəyinin göstərilməsi, vergi, dövlət əmlakının özəlləşdirilməsi, əmlak üzərində hüquqların bərpası, işə qəbul, sahibkarlıq fəaliyyəti barədə müraciət ediblər.

Qəbul zamanı araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub.