Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Mayın 10-da Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi müasir, müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Naxçıvan şəhərinin baş meydanında ucaldılmış abidəsini ziyarət edib.

Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, abidə önünə gül dəstələri düzülüb.

Sonra Nazirliyin kollektivi Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeydə dahi liderin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən materiallarla yanaşı, Ümummilli Liderə məxsus şəxsi əşyalar və digər mühüm eksponatlarla tanış olublar.