Naxçıvan MR İqtisadiyyat Nazirliyində vətəndaşların növbəti qəbulu keçirilib
Vətəndaşların əmlak və vergi məsələləri barədə müraciətlərinə baxılıb.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev vətəndaşları qəbul edib.
Nazirliyin inzibati binasında təşkil olunan qəbula gələnlər əmlak və vergi məsələləri barədə müraciət ediblər.
Qəbul zamanı araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub.