Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin komandası bürünc medal qazanıb
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında təşkil edilən "Heydər Əliyev Kuboku" uğrunda futzal turniri başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkil etdikləri turnirin üçüncülük və final qarşılaşmaları iyunun 30-u İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşıb.
Üçüncü yer uğrunda görüşdə Mədəniyyət Nazirliyinin təmsilçilərinə 5:4 hesabı ilə qalib gələn Dövlət Vergi Xidmətinin komandası bürünc medal qazanıb.
Görüşdən sonra mükafatlandırma mərasimi keçirilib, Dövlət Vergi Xidmətinin komandasının üzvlərinə diplom və medallar təqdim olunub.
Qeyd edək ki, turnirdə 17 komanda mübarizə aparıb.