Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yarımfinal mərhələsinə vəsiqə qazanıb

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçirilir.

Turnirin 1/4 final görüşlərinin nəticələrinə əsasən Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki,  yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – “Heydər Əliyev Kuboku” təqdim olunacaq.