Naxçıvan MR-də vergi daxilolmaları 34,3 faiz artıb
2024-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 180,4 milyon manat vergi daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 milyon manat və ya 34,3 faiz çoxdur.
Cari ilin 10 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 124,8 faiz icra edilib.