Məktəblilər Vergi ödəyicilərinə xidmət mərkəzində olublar

“Açıq qapı günü” çərçivəsində məktəblilər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şərur şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində olublar. Vergi biliklərinin formalaşdırılması məqsədilə sagirdlərə vergilərin mahiyyəti, əhəmiyyəti və növləri barədə məlumatlar verilib, Mərkəzin işi ilə yaxından tanış olmaq üçün şərait yaradılıb. Diqqətə çatdırılıb ki, Mərkəzdə həssas qrupdan olan şəxslərə növbədənkənar xidmət göstərilməsi və vergi könüllülərinin fəaliyyəti üçün şarait yaradılıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, şagirdlərə hədiyyələr təqdim olunub.