İqtisadiyyat naziri Kazım Hüseynəliyev Ordubad rayonunda vətəndaşları qəbul edib

Dekabrın 22-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Ordubad rayonundan olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Ordubad şəhərində yerləşən Vergi Ödəyicilərinə Xidmət Mərkəzində keçirilən qəbulda vətəndaşların əmlak, güzəştli kreditlərin verilməsi, sahibkarlığın inkişafı, işə qəbul və digər məsələlər barədə müraciətləri dinlənilib, onlara müvafiq izahlar verilib. Araşdırma tələb edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq operativ həlli üçün müvafiq tapşırıqlar verilib.