İqtisadiyyat naziri Kazım Hüseynəliyev Kəngərli rayonunda vətəndaşları qəbul edib
Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Kəngərli rayonunda vətəndaş qəbulu keçirib.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Ulu Öndərin xatirəsi ehtiramla yad edilərək abidə önünə gül dəstələri qoyulub.
Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən vergi inzibatçılığı və güzəştli kreditlərin verilməsi məsələləri ilə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, qaldırılan məsələlər üzrə vətəndaşlara müvafiq izahlar verilib, müraciətlər icrasının izlənilməsi üçün qeydiyyata alınıb.