Dövlət Vergi Xidmətinin kollektivi Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib

Fevralın 11-də - Vergi Xidməti İşçilərinin Peşə Bayramı Günündə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, abidəsi önünə qızılgül dəstələri düzüblər.