Dövlət Vergi Xidmətinin kollektivi sərgi-satış yarmarkasında olublar.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kollektivi Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar təşkil olunan məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası ilə tanış olublar.
Məlumat verilib ki, sərgi-satış yarmarkasında mənzərə, natürmort, tarixi və digər janrlara aid 30 adda rəngkarlıq nümunələri yer alır. Sərgidə 447 müəllifin 10 min 929 adda əl işi təqdim edilib.