Dövlət Vergi Xidmətinin kollektivi şəhidlərimizin məzarını ziyarət edib.

Sentyabrın 27-də - Anım Günündə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kollektivi Vətən Müharibəsində qəhrəmancasına döyüşərək dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarını ziyarət edib.

Azərbaycana Şanlı Zəfəri qazandıran, ərazi bütövlüyümüz naminə canlarından keçən əbədiyaşar qəhrəmanlarımız böyük sevgi və minnətdarlıqla anılıb.