Babək rayonunda vətəndaş qəbulu keçiriləcək

16 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Babək rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən 3 saylı Ərazi Vergilər İdarəsinin Babək şəhər Azadlıq küçəsi 44 A ünvanında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin (036) 544-00-60 (daxili nömrə - 128) nömrəli telefonu, info@neconomy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.