8 mart - Beynəlxalq Qadınlar Günü İqtisadiyyat Nazirliyində qeyd olunub
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov əlamətdar gün münasibətilə nazirliyin və tabeli qurumların qadın əməkdaşlarını təbrik edib, ölkənin ictimai-siyasi həyatında qadınların rolundan bəhs edib.
Bu gün İqtisadiyyat Nazirliyində çalışan qadınların öz vəzifələrini daim layiqli şəkildə yerinə yetirdiklərini, iqtisadi inkişafa öz töhfələrini verdiklərini vurğulayan Abbas İsmayılov onlara və onların simasında bütün Azərbaycan qadınlarına təbriklərini və xoş arzularını ifadə edib.
Bayram münasibətilə kollektivin qadın əməkdaşlarına hədiyyələr təqdim olunub.